Ukrayna hərbi yardım çərçivəsində İsveçlə Saab JAS-39 "Gripen" qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Amerikanın səsi" radiosuna müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva deyib.
Onun sözlərinə görə, Ukraynaya "Gripen" tədarükü mövzusu ölkə Prezidenti Vladimir Zelenski tərəfindən İsveç rəsmiləri ilə danışıqlar zamanı mütəmadi olaraq qaldırılıb, lakin Stokholm NATO-ya qoşulmazdan əvvəl heç bir vəd verməyə hazır deyildi.
Xatırladaq ki, bu ilin əvvəlində İsveç parlamenti Ukraynaya "Gripen" qırıcılarının verilməsini dəstəkləmişdi. Lakin mayın sonunda İsveçin müdafiə naziri Pol Conson ölkəsinin F-16-ların təhvil verilməsinə diqqət yetirmək üçün Ukraynaya "Gripen" tədarük planlarını dayandırdığını bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun