Dəhşətli qəza: təyyarə partladılmayıb?

25 Mart 2015 15:50

Fransanın daxili işlər naziri Bernar Kaznövun dediyinə görə, Fransada qəzaya uğramış Airbus A-320 sərnişin təyyarəsində terror aktının törədilməsi ehtimalı araşdırmada prioritet versiya deyil.
 

Milli.Az Reuters-ə istinadən bildirir ki, nazir deyib: "Təyyarənin qalıqları 1,5 hektarlıq əraziyə səpələnib. Görünür ki, təyyarə partladılmayıb. Bununla yanaşı, baş vermiş hadisənin səbəbləri arasında teraktı bilmərrə istisna etmirik. Bütün variantlar diqqətlə araşdırılmalıdır. Təyyarənin "qara qutu"larındakı məlumatları öyrənmədən hansısa versiya irəli sürmək çətindir".
 

"Qara qutu"lardan biri tapılıb və Parisə göndərilib. Marsel şəhərinin prokuroru Bris Robenin sözlərinə görə, məlumatlar bu axşam bəlli olacaq.
 

"Lufthansa"nın loukosteri "Germanwings" aviaşirkətinin Barselonadan Düsseldorfa uçan Airbus A-320 təyyarəsi dünən Fransanın cənubunda qəzaya uğrayıb. Təyyarədəki 150 nəfərin hamısı həlak olub. Sərnişinlərin əksəriyyəti İspaniya və Almaniya vətəndaşları idilər.
 

Milli.Az