Dağıstanda torpaq üstündə dava qanla bitib, ölən və yaralılar var

15 İyul 2024 06:59

Dağıstanın Ağaçaul kəndində baş verən silahlı insident zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstan İstintaq Komitəsi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, iyulun 13-də Ağçaul kəndinin kənarında torpaq mübahisəsi zəminində əvvəllər ədavət münasibətləri olan yerli sakinlər arasında dava düşüb.

Dava zamanı sakinlərdən biri qısa lüləli odlu silahdan azı 13 dəfə atəş açıb, nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun