Britaniyalı siyasətçi Trampı dəstəkləmək üçün ABŞ-a səfər edəcək

15 İyul 2024 07:04

Böyük Britaniyanın "Reform UK" partiyasının lideri Naycel Faraj ABŞ-a səfər edəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, siyasətçi bu barədə "Teleqraf" qəzetinə yazdığı məqalədə bildirib.

Məlum olub ki, o, ABŞ-da Respublikaçılar Partiyasının Miluoki şəhərində keçiriləcək qurultayında iştirak edəcək: "Mən bunu dostum Donald Trampa dəstək olmaq üçün edirəm".abş

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun