Almaniyada atışma: Ölənlər var...

14 İyul 2024 19:10

Almaniyanın cənub-qərbində, Baden-Vürtemberq federal əyalətində, baş verən silahlı atışma nəticəsində üç nəfər ölüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Südwest Presse" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Lautlingen kommunasında baş verib.

Belə ki, ovçu 3 ailə üzvünü öldürdükdən sonra intihar edib.

Polis təfərrüatları açıqlamadan bir neçə ölü və yaralının olduğunu təsdiqləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun