Bakıda evlərdən oğurluq edən qadın peyda olub - ANBAAN VİDEO

14 İyul 2024 17:37

Bakıda həyət evlərinə girərək oğurluq edən qadın peyda olub.

Milli.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Zərəçəkmiş bildirib ki, ona məxsus Sabunçu rayonu, Zabrat 1 qəsəbəsindəki evdən oğurluq hadisəsi baş verib.

Qadın fərdi yaşayış evinə daxil olaraq oradan samovarını oğurlayıb. Oxşar hallar digər evlərdə də qeydə alınıb və müxtəlif əşyalar aparılıb.

Hadisə ilə bağlı polisə də şikayət ərizəsi ilə müraciət olunub.

Görüntüləri olduğu kimi təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun