Toya getmişdi, anbarda boğulub öldü

14 İyul 2024 17:52

Qazax sakini Ağstafa Su anbarında batıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğlu anbarının Bala Cəfərli kənd ərazisinə düşən hissəsində çimərkən boğulub.

Onun həmin kəndə toy üçün getdiyi bildirilir.

H. Mədətin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

Aidiyyəti üzrə təhvil verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun