Paşinyan final matçı üçün Berlinə getdi

14 İyul 2024 17:26

Ermənistanın Baş naziri Nikol Paşinyan Berlinə gedib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.

"Mən UEFA prezidenti Aleksandr Çeferinlə görüşdüm, onun dəvəti ilə İspaniya və İngiltərə arasında futbol üzrə Avropa çempionatının final oyununda iştirak edəcəyik", - deyə Paşinyan yazdı. 


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun