Qəzzada müharibə nə vaxt bitəcək? - Netanyahudan açıqlama

14 İyul 2024 14:41

"İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatı Fələstinin radikal HƏMAS hərəkatının bütün silahlı birləşmələri tam məhv edilənədək davam etdirəcək".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu mövqeyi İsrailin Baş naziri Binyamin Netanyahu da təsdiqləyib.

"Çoxlarınız soruşursunuz ki, bu müharibə nə vaxt bitəcək. Cavabım aydın və birmənalıdır - o yalnız bütün məqsədlərimizə çatanda bitəcək. Qələbə boş söz deyil. Biz HƏMAS-ı məhv etdikdə qələbə əldə olunacaq", - deyə baş nazir mətbuat konfransında bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun