Qazaxda mal bazarında DAVA: bıçaqlanan var

14 İyul 2024 11:31

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə rayonun mal bazarında qeydə alınıb. 

Bazarda düşən davada Adil Nəbiyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. 
Hadisəni törədən saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin  regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən, əvəllər məhkum olunmuş Namaz Qədimalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun