Messi futboldan gedəcəyi tarixdən danışdı

14 İyul 2024 11:10

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasını başa vurmasından danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbolçu karyerasını hələ bir müddət davam etdirəcəyini bildirib.

"Artıq oynaya bilməyəcəyimi hiss edənə qədər, ayrılmaq üçün doğru vaxt gələnə qədər yaşıl meydanlarda olacağam", - Messi deyib.

Xatırladaq ki, bu gecə Lionel Messinin kapitanı olduğu Argentina millisi Amerika Kubokunun finalında Kolumbiya millisi ilə qarşılaşacaq.

Xatırladaq ki, məhz Argentina millisi Amerika Kubokunun hazırkı qalibidir. 2021-ci ildə Braziliyada keçirilən turnirin finalında Argentina cinah hücumçusu Anxel Di Marianın qolu sayəsində ev sahiblərini minimal hesabla (1:0) məğlub edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun