Tramp hücumdan sonra ilk dəfə ictimaiyyət qarşısında - VİDEO

14 İyul 2024 10:32

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniyada mitinqdə baş verən atışmadan sonra ilk dəfə Nyu Cersidə ictimaiyyət qarşısına çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə REN TV-i məlumat yayıb.

Məlumata görə, internetdə yayımlanan görüntülərdə Trampın təyyarədən inamla enişi və jurnalistlərə əl yellədiyi görünür.

ABŞ-ın keçmiş prezidentini şəxsi təhlükəsizlik və silahlı məxfi xidmət əməkdaşları qarşılayıb.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirilib və bunu edən şəxsin Tomas Metyu Kruks olduğu bildirilib.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun