Rusiyada Olimpiya Oyunları yayımlanmayacaq: 40 il sonra...

13 İyul 2024 23:24

Rusiya ərazisində 40 ildən sonra ilk dəfə Yay Olimpiya Oyunları yayımlanmayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın iki əsas dövlət kanalı Olimpiadanın Rusiyanın himni və bayrağı olmadan yayımlanmasının mümkün olmadığını bildirib.

Qeyd edək ki, sonuncu dəfə SSRİ 1984-cü ildə Los-Ancelesdə keçirilən oyunları boykot etdiyi zaman Rusiyada Olimpiya Oyunları göstərilməmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun