Ərdoğan İraqın şimalında PKK-ya qarşı əməliyyatı başa çatdırmaq niyyətindədir

13 İyul 2024 23:07

Türkiyə tezliklə İraqın şimalında PKK yaraqlılarına qarşı 2019-cu ildən davam edən "Pəncə-Kilid" əməliyyatını, həmçinin Suriyanın şimalındakı ərazilərdə təhlükəsizlik kəmərinin yaradılmasını başa çatdırmağı planlaşdırır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinin buraxılış mərasimində deyib.

"Terror təşkilatına ciddi zərbələr vururuq. Yaxın vaxtlarda İraqın şimalındakı "Pəncə-Kilid" əməliyyatı bölgəsindəki qalan boşluğu da bağlayacağıq. Həmçinin təhlükəsizlik kəmərindəki çatışmayan halqaları da bağlayacağıq. Suriya və İraqdakı terror təşkilatı tamamilə tələyə düşüb", - Ərdoğan qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun