Litvada istehsalatda ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.
İdarə bildirib ki, bu ilin əvvəlindən respublikada artıq 8 belə hadisə baş verib. Üstəlik, təkcə bu ilin may ayında üç fakt qeydə alınıb.
Bundan başqa, cari ilin 6 ayı ərzində işçilərin ağır xəsarət almasına səbəb olan 54 bədbəxt hadisə qeydə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun