Putinə sui-qəsd cəhdləri olsa da... - Budanov

13 İyul 2024 22:20

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirilo Budanov bildirib ki, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdləri olsa da, onların hamısı uğursuz alınıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Budanov Ukraynanın "New Voice" nəşrinə müsahibəsində bildirib.

Lakin o, konkret hansı hallardan danışdığını dəqiqləşdirməyib.

"Onlar (sui-qəsd cəhdləri - red.) olub, lakin gördüyünüz kimi, indiyə qədər uğursuz olublar", - BKİ-nin rəisi qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun