Ermənistanın ekologiya nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i "Datalex" məhkəmə informasiya portalına istinadən məlumat yayıb.
O, öz vəzifəsinə bərpa olunmasını və məcburi fasiləyə görə kompensasiya ödənilməsini tələb edir.
2024-cü il martın 21-də baş nazir Nikol Paşinyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılan Qabrielyan istefasının qanunsuz olduğunu təkid edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun