Terror təşkilatına ciddi zərbələr vururuq - Ərdoğan

13 İyul 2024 19:42

Türkiyə yaxın gələcəkdə İraqın şimalında həyata keçirdiyi "Pənçə-Kilit" əməliyyatını tamamlayacaq, eləcə də Suriyanın şimalında təhlükəsizlik zolağı ilə bağlı fəaliyyətini yekunlaşdıracaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Terror təşkilatına ciddi zərbələr vururuq. Suriya və İraqdakı terror təşkilatı tamamilə tələyə düşüb", - Ərdoğan bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun