“Çelsi” yeni futbolçu transfer etdi

14 İyul 2024 07:20

"Çelsi" heyətinə yeni futbolçu qatıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Bazel"dən 20 yaşlı yarımmüdafiəçi Renato Veyqanı sözügedən kluba transfer edilib.

London təmsilçisi Portuqaliyalı futbolçu ilə 7+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2023/24 mövsümündə Veyqa klub səviyyəsində 26 oyun keçirib, 2 qol vurub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun