Vüsaləyə dəbdəbəli villasında doğum günü SÜRPRİZİ – VİDEO

13 İyul 2024 18:28

Ailəsi aparıcı Vüsalə Əlizadəyə doğum gününün ilk dəqiqələrində xoş sürpriz hazırlayıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, həmin anlar isə aparıcının dəbdəbəli villasında baş tutub. 

Əlizadənin anası Lütfiyyə, qızı Dilək və digər yaxınları bir araya toplaşaraq malikanənin həyətini fişəng və şarlarla bəzəyərək şirniyyatlardan ibarət masa açıblar.

Gecə saat 00:00-da musiqiçilərdən ibarət qrup villaya daxil olub və aparıcını mahnı sədaları altında təbrik ediblər. 

Bu anları təəccüb və sevinc hissləri ilə qarşılayan Vüsalə onun doğum gününü bu şəkildə təşkil və təbrik edən ailə üzvlərinə təşəkkürünü bildirib. Əlizadə xoş günündən olan görüntülərini isə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 
Həmin kadrları təqdim edirik: 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun