Ermənistanın keçmiş nazir müavini hökuməti məhkəməyə verdi

13 İyul 2024 17:36

Ermənistanın ətraf mühit nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat adıçəkilən ölkənin mətbuatında yayılıb.

O, məhkəmədən vəzifəsinə bərpa olunmasını və işdən çıxarıldığı andan ötən müddət üçün təzminat verilməsini tələb edib.

Q. Qabrielyan martın 24-də baş nazir Nikol Paşinyanın sərəncamı ilə işdən çıxarılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun