İsrailin Qəzzanın cənubuna endirdiyi zərbə 20 can aldı

13 İyul 2024 15:45

Qəzza zolağının cənubundakı Xan-Yunis əyalətində İsrailin endirdiyi zərbə nəticəsində 20 nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Zərərçəkənlərin sayının 90 nəfəri keçdiyi qeyd edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun