İspaniyanın "Real Madrid" klubu yeni transferi Kilian Mbappenin forma satışından yüksək məbləğdə gəlir əldə edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, "kral klubu" ilk gündə 800 000 avro qazanıb.
İndiyədək 26 yaşlı hücumçunun ümumilikdə 7000 ədəd köynəyi satılıb.
Qeyd edək ki, iyulun 16-da Kilian Mbappenin təqdimetmə mərasimi keçiriləcək. Tədbir "Real Madrid"in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda baş tutacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun