Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub.
APA - nın cənub bürosunun verdiyi məlumata görə meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub.
İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və həyatını sonlandırıb.
Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.
-------
14:18
Lənkəranda mağazada kişi meyiti tapılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, meyit şəhərin 2-ci mikrorayon ərazisində yerləşən meyvə satılan mağazada aşkar edilib.
Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun