Rostovda PUA hücumu - neft anbarı yandı

13 İyul 2024 12:46

Rusiyanın Rostov vilayətinin Simlyanski rayonunda pilotsuz təyyarənin hücumu nəticəsində neft bazasında yanğın baş verib. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vasili Qolubyev özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, insident yerli vaxtla saat 4 radələrində (Bakı vaxtı ilə 05:00 - red.) baş verib.

Yanğın üçüncü dərəcəli olub. Hadisə yerinə yanğınsöndürənlər, 49 nəfər və 14 texnika cəlb olunublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun