Bakıda dənizdə müəmmalı şəkildə boğulan yeniyetmələrdən ikisinin meyiti TAPILDI - YENİLƏNİB - FOTO

13 İyul 2024 11:45

İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin - 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, batdığı ehtimal olunan üçüncü şəxs - 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir.

-------

08:55

Bakıda dənizdə müəmmalı şəkildə boğulan yeniyetmələrin görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən həmin fotoları təqdim edir:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun