Müharibə Avropaya yayıla bilər - Kennedi

13 İyul 2024 08:51

Ukraynadakı münaqişə bütün Avropa qitəsinə yayıla bilər, burada qismən də Kiyev hakimiyyətini silahla təmin edən ABŞ günahkardır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-da prezidentliyə namizəd Robert Kennedi X səhifəsində yazıb.

"Ukraynadakı münaqişənin Avropaya sıçramaq və nüvə müharibəsinə keçmək potensialı var. Əgər bu baş verərsə, bu, qismən ABŞ-ın münaqişə zonasını silahla doldurması ilə bağlı olacaq", - deyə Kennedi bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun