ABŞ İran şirkətinə sanksiya tətbiq etdi

13 İyul 2024 08:40

ABŞ kimyəvi silahların hazırlanmasında iştirak etdiyi iddia edilən İran şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, İranda yerləşən "Hakiman Şərq" tədqiqat şirkətinə məhdudiyyətlər qoyulub.

Dövlət Departamenti onun kimyəvi silahların tədqiqi və inkişafı ilə məşğul olduğunu iddia edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun