Nigeriyada məktəb binasının uçması nəticəsində 21 şagird ölüb

13 İyul 2024 07:55

Nigeriyada məktəb binasının dərs zamanı uçması nəticəsində 21 şagird ölüb, 69 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Bildirilib ki, hadisə yerində xilasetmə qrupları və hərbçilər işləyir.

Ümumilikdə məktəbdə min şagird təhsil alır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun