Zeynal Usubov “Hollivud”dakı bıçaqlanmadan danışdı - YENİLƏNİB - FOTO

12 İyul 2024 19:27

19:27

Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanma hadisəsi zamanı xəsarət aldığı bildirilən sabiq prokurorluq əməkdaşı Zeynal Usubov məsələ ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, "Qafqazinfo"ya danışan Z.Usubov hadisənin ona aidiyyəti olmadığını, ümumiyyətlə heç bir xəsarət almadığını bildirib:

"Mənimlə bağlı heç bir hadisə olmayıb. İndi idman zalındayam, gəlib görsünlər ki, o xəsarət mənim haramdadır? Davada iştirak edənləri tanıyıram, amma nədənsə mənim adım hallanıb. Düzdür, dava zamanı obyektdə olmuşam, amma onların yanında olmamışam. Hadisənin mənə aidiyyəti yoxdur. Hadisə də yeni deyil, bir ay əvvəl olub. Özüm də bir ay idi Azərbaycanda yox idim, sərhədkeçməni yoxlaya bilərlər, iki gündür gəlmişəm". 

Qeyd edək ki, Zeynal Usubov 2023-cü ilin aprel ayında prokurorluq orqanlarından xaric olunub. O, Nərimanov rayon prokurorunun müavini vəzifəsində çalışıb.

----------
16:14


Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanma hadisəsi baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb. Restorandakı insident zamanı Usubov Zeynal Mütəllim oğluna bir neçə bıçaq zərbəsi vurulub. 

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb. 

Məlumat üçün bildirək ki, restoranın sahibi kimi tanınan iş adamı Şərurlu İsfəndiyar Pravda.az-a açıqlamasında bıçaqlanmadan xəbərsiz olduğunu deyib: "Hollivud" restoranını 10 illik icarəyə vermişəm. Hadisədən xəbərim yoxdur. Mənə heç nə deməyiblər..."

Yerli mətbuatda yayılan məlumatlara görə, bıçaqlanaraq ağır bədən xəsarətləri alan Zeynal Usubov uzun müddət prokurorluq orqanlarında çalışıb, Nərimanov rayon prokurorunun sabiq müavini olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun