Macarıstanın Baş naziri Viktor Orban Avropa Parlamentinin ilk plenar sessiyasında çıxış etməyə dəvət olunmayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Brüsseldə mətbuat konfransında "Renew" fraksiyasından Avropa Parlamentinin deputatı Klara de Malo açıqlayıb.
"Gələn həftənin gündəliyində Orban yoxdur. Avropa İttifaqı Şurasına sədrlik Macarıstana keçdikdən sonra hər kəs onun fəaliyyətinin şahidi oldu. O, Avropa İttfaqının işinin qayda və roluna hörmət etmir, buna görə də, bu plenar sessiyaya dəvət edilməyib", - deyə Malo qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun