Vatsapda inqilabi yenilik: səslər sözə çevriləcək - FOTO

12 İyul 2024 14:53

Android istifadəçiləri üçün Vatsapa daha bir funksiya əlavə olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "VABetaİnfo" məlumat yayıb.

Məlumata görə, yeni funksiya sayəsində Vatsapda göndərilən səsli mesajları mətnə çevirmək mümkün olacaq.

Bu funksiya ən son beta versiyası 2.24.15.5-ə əlavə edilib və hazırda yalnız məhdud sayda istifadəçi üçün əlçatandır. Yaxın gələcəkdə bu faydalı xüsusiyyət Vatsapın bütün versiyasında aktiv olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun