Bulvarda skuterlərin istifadəsi qadağan edildi

12 İyul 2024 13:36

Bakıda Dənizkənarı Bulvar ərazisində skuterlərin istifadəsi qadağan edilib.  

Milli.Az bildirir ki, bu barədə "Qafqazinfo"ya nəqliyyat sahəsində ekspert Aslan Əsədov məlumat verib. 

Onun sözlərinə görə bulvar ərazisində fəaliyyət göstərən skuterlərlə bağlı qeyri-rəsmi qadağa bu gündən etibarən tətbiq olunur: "Bu məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən rəsmi açıqlama verilmir. Amma bildiyimizə görə, bulvarda fəaliyyət göstərən sahibkarların arendaları ləğv olunub. Yalnız bulvara aid olmayan kənar ərazilərdə skuter sürmək olar".

Ekspert həmçinin əlavə edib ki, oxşar hal əvvəllər də yaşanıb. Bundan əvvəlki illərdə də bir neçə dəfə bulvar ərazisində skuterlərin hərəkətinə mədudiyyət qoyulub. 

Saytımızın əldə etdiyi məlumata görə, bulvarda skuterlərin qadağan olunması qərarı həmin ərazidə fəaliyyət göstərən operatorlar tərəfindən verilib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun