Fransada daha bir tarixi kilsə yandı

12 İyul 2024 13:31

Fransanın Ruan şəhərində 1030-cu ildə əsası qoyulan qotik üslublu kilsədə yanğın baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, kilsənin işçiləri və ziyarətçiləri təxliyə edilib, binanın ətrafında təhlükəsizlik perimetri quraşdırılıb. Hadisə Ruan şəhərində ictimai nəqliyyatın hərəkətini pozub.

Yanğın 2019-cu ildə Notr-dam kilsəsində baş vermiş hadisəni xatırladır.

Yanğının səbəbi məlum deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun