Bakıda Avropa Şurasının "Gender bərabərliyi" konfransı işini davam etdirir
25 May 2010 12:29
Bakının "Gülüstan" sarayında Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı işini davam etdirir.
Mayın 25-də konfransda çıxış edən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanda gender bərabərliyi, qadın hüquqlarının qorunması sahəsində görülən işlər, qazanılan nailiyyətlər barədə danışıb.
Konfransda çıxış edən İspaniyanın Kişi və Qadın Komitəsinin sədri İzabel Martines, Danimarka, Yunanıstan, Hollandiyadan olan nümayəndələr gender bərabərliyi sahəsində ölkələrinin qazandığı təcrübədən danışaraq, təkliflərini bildiriblər.
Konfransın sonunda qətnamə və fəaliyyət planı qəbul olunacaq.
/AzərTAC/