Makron Ərdoğana: Bakı və İrəvan arasında ən qısa...

12 İyul 2024 12:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, tərəflər Türkiyə-Fransa münasibətlərini, Rusiya-Ukrayna və Ərəb-İsrail münaqişəsini, regional və qlobal məsələləri müzakirə ediblər. Müzakirə olunan məsələlər arasında Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi də yer alıb.

"Respublika prezidenti regionda yeni səhifə aça biləcək sülh müqaviləsinin ən qısa zamanda bağlanması məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən dialoqa dəstəyimizi bir daha təsdiqlədi", - Makronun ofisinin bəyanatında deyilir.

Ərdoğan ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının vacibliyini vurğulayaraq, Türkiyənin AB-yə üzvlük prosesinin bərpası üçün dəstək gözlədiyini də qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun