Avtomobillərdə yürüşün geri çəkilməsinə qarşı cərimə oluna bilər

12 İyul 2024 11:36

Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədr müavini Anatoli Vıbornı Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsevə müraciət ünvanlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, müraciətdə avtomobillərin yürüşünün geri çəkilməsinə qarşı cərimələrin tətbiq olunması üçün qanun layihəsi verilməsi xahiş olunur.

Müraciətdə deyilir: "Geri çəkilmiş yürüş təkcə saxtakarlıq deyil, həm də yolda qəsdən fövqəladə vəziyyətlər yaratmaqdır. Sahibi avtomobilin köhnəlməsini düzgün qiymətləndirmirsə, o, çoxsaylı qurbanlarla ölümcül qəzalar törətmək, təkcə özünün deyil, həm də ətrafındakıların həyatını təhlükə altına atmaq riski daşıyır. Axı, müəyyən komponentlərin və ehtiyat hissələrinin dəyişdirilməsi üzrə gündəlik işlərin çoxu birbaşa aşınma ilə əlaqələndirilir".

O, həmçinin qeyd edib ki, müraciətinə səbəb əhalidən gələn çoxsaylı şikayətlər olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun