26 ölkənin seçki qurumuna dəvət göndərilib - MSK

12 İyul 2024 11:03

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov Avropa Şurasına seçkini müşahidə etmək üçün dəvət göndərilib-göndərilmədiyinə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, yaxın vaxtlarda dəvət göndərilən təşkilatların adları açıqlanacaq:

"Azərbaycanda seçkini müşahidə etmək üçün xarici müşahidəçilərə 3 qurum dəvət göndərir. MSK olaraq biz 26 ölkənin seçki qurumuna dəvət göndərmişik".

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun