Messi millidən gedir?

12 İyul 2024 10:08

Argentina millisinin ulduz futbolçusu Lionel Messi Amerika Kubokunun final matçından öncə seçmə komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, argentinalı futbolçu milli komanda forması ilə sonuncu Amerika Kuboku matçına çıxacağını açıqlayıb.

O bildirib ki, dünya çempionatında çıxış edib etməyəcəyini isə hələ də bilmir.

Qeyd edək ki, Argentina millisi iyul ayının 15-də keçiriləcək final görüşündə Kolumbiya seçməsi ilə üz-üzə gələcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun