Türkiyədə bir neçə ay öncə istintaqa cəlb edilən sosial şəbəkə fenomeni Neslim Güngen və həyat yoldaşı İnanç Güngen haqqında yeni detallar məlum olub.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, daha 42 şübhəli şəxs Küçükçekmece Prokurorluğuna gətirilib.
Bununla da təqsirləndirilənlərin sayı 65-ə çatıb. İlin əvvəlində sosial şəbəkə fenomenləri ilə bağlı aparılan araşdırmada Güngen cütlüyünün 50-dən çox gözəllik mərkəzləri və həmin mərkəzlərdə ölkənin Səhiyyə Nazirliyində qeydiyyatda olmayan cihazların işlədildiyi aşkar edilib. Gözəllik mərkəzlərindən 700-ə yaxın şikayət qeydə alınıb.
Xatırladaq ki, istintaq çərçivəsində Güngen cütlüyünün mülklərinə tədbir olaraq həbs qoyulmuşdu.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polad polis tərəfindən saxlanılıb. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olunub. Onlardan 16-sı barədə həbs-qətimkan tədbiri seçilib. Bundan başqa istintaqa cəlb edilən fenomenlərin 12-nin əmlakları müsadirə edilib.
---------------
2024.07.12
Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə yenidən həbs edilənlər var.
Milli.Az xəbər verir ki, gözəllik mərkəzi sahibləri olan, fenomenlər Neslim və Kıvanç Güven cütlüyünün paylaşımları başlarına bəla olub.
Bu səbəbdən onlar polis tərəfindən saxlanılıblar.
Sözügedən videonu təqdim edirik:
Hüseyn
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun