Torpaq sürüşməsi nəticəsində 65 nəfər "yoxa çıxdı"

12 İyul 2024 09:22

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 65 nəfər itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, Katmanduya gedən avtobusda 24 nəfər, digər Katmandu-Gaur avtobusunda isə 41 nəfər olub. Qəza zamanı 3 sərnişin avtomobildən çıxa bilib.

Hadisə baş verən yolun bir hissəsi sürüşmə səbəbindən bağlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun