"Sumqayıt"ın rəqibindən 5 qollu qələbə

12 İyul 2024 08:28

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" yoxlama oyununda qüvvəsini sınayıb. 

Milli.Az xəbər verir ki, Macarıstan təmsilçisi Bolqarıstanın "Hebar" klubu ilə qarşılaşıb. 

Görüş "Fehervar"ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Sumqayıt"ın bu rəqiblə ilk matçı iyulun 25-də evdə, cavab qarşılaşması iyulun 31-də Macarıstanda baş tutacaq.

Milli.Az