Ərdoğandan Fransanın Ermənistanı silahlandırmasına münasibət

12 İyul 2024 06:44

"Bölgədəki sülhü bölmək və ya sülhə kölgə salmaq heç doğru olmaz".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC-ın Vaşinqton müxbirinin Fransanın Ermənistanı silahlandırması ilə bağlı sualına cavabında deyib. Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla da görüşdüyünü qeyd edib.

"Lazım gəlirsə, bu mövzuları da Makronla müzakirə edərik. Yaxın zamanda onunla təkrar görüşəcəyik və bölgədə mənfi meyllər olarsa, bunu onunla müzakirə edərik", - deyə Türkiyə Prezidenti əlavə edib.

Milli.Az