İbn Sina gözləri onunla qüvvətləndirirdi - RESEPT

12 İyul 2024 00:07

İbn Sina min il əvvəl göz sağlamlığını yaxşılaşdıran resept təqdim edib.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, tibb alimi gözlər üçün faydalı olan yerkökünün müalicəvi xüsusiyyətlərindən faydalanıb.

Bunun üçün 2 ədəd kökü uzununa kəsib sobada təxminən 5 dəqiqə bişirin. Daha sonra üzərinə bir qaşıq zeytun yağı əlavə edib yaxşıca əzin. Hazırladığınız məhsulu hər gün müntəzəm olaraq istehlak edin.

Yerkökünün faydaları:

• Tərkibindəki A vitamini gözdəki maye nisbətini tarazlaşdıra və makula degenerasiyasının görmə qabiliyyətini gücləndirə bilər.

• Katarakt riskini azaldır.

• Antiseptik xüsusiyyətləri sayəsində bədəndəki bütün tullantıların təmizlənməsinə kömək edir.

• Gözdəki damarları gücləndirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun