Nikolasın oğlu saxlanıldı - Anasını döyüb - FOTO

11 İyul 2024 19:55

Məşhur amerikalı aktyor Nikolas Keycin oğlu, aktyor Ueston anası, aktrisa Kristina Fultonu döydüyü üçün saxlanılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ueston psixi sağlamlıq problemlərinə görə anasına hücum etdiyi üçün Los-Ancelesdə saxlanılıb.

O, daha sonra 150 min dollar girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, Nikolasın Uestondan başqa keçmiş həyat yoldaşı Elis Kimlə evliliyindən Kal-El Koppola adlı oğlu var. Onun beşinci həyat yoldaşı Riko Şibatadan Avqusta Françeska adlı qızı da dünyaya gəlib. Bu, ana ilə oğul arasında baş verən ilk belə hadisə deyil.

Milli.Az