14 yaşlı uşaq faciəvi şəkildə öldü

11 İyul 2024 20:13

Saatlıda 14 yaşlı uşağı cərəyan vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Saatlı rayonunun Soltanabad kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2010-cu il təvəllüdlü Sarıyev Elgün Elşən oğlunu su nasosunun cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az