Zidanın oğlunun yeni komandası bəlli oldu

11 İyul 2024 19:40

Zinəddin Zidanın oğlu İspaniya 2-ci liqasına transfer edilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Teo Zidan bundan sonra "Kordoba"nın formasını geyinəcək.

Teo Zidanın 22 yaşı var. O, "Real Madrid"in yetirməsi hesab olunur.

Qeyd edək ki, Zidan "Kordoba"ya azad agent qismində cəlb edilib.

Milli.Az