“Ukraynadakı müharibədə tərəf olmayacağıq”

11 İyul 2024 18:00

"Türkiyə Ukraynadakı münaqişədə iştirak etmək niyyətində deyil".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Newsweek" jurnalına açıqlamasında deyib.

"Biz bu müharibədə tərəf olmayacağıq", - deyə Ərdoğan NATO təlimçilərinin və hərbçilərinin Ukrayna göndərilmə ehtimalı ilə bağlı müzakirələri şərh edərkən deyib.

Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür.

Milli.Az