Barışdıqdan sonra ilk dəfə görüntüləndilər - FOTOlar

11 İyul 2024 13:57

Məşhur türkiyəli aktrisa Cemre Baysel və ayrıldığı həmkar sevgilisi Aytaç Şaşmaz barışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük 1,5 illik ayrılıqdan sonra ötən gün ilk dəfə görüntülənib.

Baysel və Şaşmaz jurnalistlərin suallarını cavabsız qoyublar.

Qeyd edək ki, Cemre və Aytac "Baht Oyunu" serialında baş rolu canlandırıblar. Layihədən sonra cütlüyün sevgi münasibəti başlayıb. Lakin onlar 2022-ci ilin dekabr ayında münasibətlərini sonlandırıb.

Onu da bildirək ki, C. Baysel bu yay çəkilişləri başlayacaq "Hayat Hırsızı" adlı layihədə "Leyla" obrazına həyat verəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun