Pakistan İlham Əliyevə görə qırıcıları havaya qaldırdı - VİDEO

11 İyul 2024 13:47

Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar havaya qaldırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X platformasında paylaşım edib.

"Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!", - paylaşımda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun